Azərbaycan Dövlət İnformasiya Agentliyi

Göyçayın Çaxırlı kəndində yanğın olub

06.07.2020 [12:07]

Xəbərin mətni

Yanğın kənd sakini Salmanov Elman İlqar oğluna məxsus fərdi yaşayış evinin həyətində olan 40 kvadratmetr tövlədə baş verib və iki ton ot yanıb. Yanğın daha sonra tövləyə bitişik birmərtəbəli, 260 kvadratmetr sahəsi olan 4 otaqlı evə keçib və evin 100 kvadratmetr çardaq hissəsi yanıb.