CƏMİYYƏT


Şabran və Siyəzəndə Asiya çəyirtkələrinə qarşı mübarizə tədbirləri aparılır

Şabran və Siyəzən rayonları ərazisində yayılmış Asiya çəyirtkələrinə qarşı mübarizə tədbirləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri Aqrar Xidmətlər Agentliyinin rayonlar üzrə bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumları tərəfindən xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilir.