Qusarda evlərdən oğurluq edən usta tutulub
09.07.2020 [11:50]
Xəbərin mətni
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində beş fərdi yaşayış evindən müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri oğurlayan şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalarla onun Sabirabad rayon sakini Bağır Bağırov olduğu müəyyən edilib.