SİYASƏT


Prezidentin köməkçisi Hikmət Hacıyev “TRT World” kanalına müsahibə verib

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı 2020-ci il iyulun 13-də Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” kanalına müsahibə verib. 

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin sərhəddə artileriyadan istifadə etməklə növbəti təxribat törətdiyini bildirən H.Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin sərhəddə yerləşən hərbi hissələrinin hədəf alındığını, 4 azərbaycanlı zabit və əsgərin öldürüldüyünü və 5 nəfərin isə yaralandığını diqqətə çatdırıb. Bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğu və Ermənistan hökumətinin buna görə birbaşa məsuliyyət daşıdığı qeyd olunub.