SİYASƏT


Düşmən təxribatı ilə üz-üzə qalan Tovuzun Ağdam kəndindən REPORTAJ

Müharibənin qızğın dövründə belə doğma yurdunu tərk etməyən Tovuzun Ağdam kəndinin sakinləri Ermənistan silahlı qüvvələrinin təxribatlarından qorxmur və mərd-mərdanə yaşayırlar. Son iki gündə düşmənin törətdiyi təxribata Azərbaycan əsgərinin tutarlı cavab verməsi isə onların ruh yüksəkliyini daha da artırıb.
Cəbhə xətti bu kəndin lap yaxınlığından keçir. Düşmən kəndi tez-tez atəşə tutur. Sonuncu təxribat isə bu günlərə təsadüf etdi. Ermənistan silahlı qüvvələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən 4 hərbçimiz şəhid olub. Daha sonra Tovuzun Ağdam və Dondar Quşçu kəndləri 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır