SİYASƏT


Pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətlərinə həsr olunmuş virtual mediaforum keçirilib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşəbbüsü və bu qurumun Milli Xəbər Agentlikləri Birliyinin (UNA) dəstəyi ilə pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətləri mövzusunda virtual mediaforum keçirilib.
AZƏRTAC xəbər verir ki, foruma İƏT-in və UNA-ya üzv agentliklərin rəhbərləri, bir sıra İslam ölkələrinin Səudiyyə Ərəbistanındakı səfirləri, ümumilikdə 100-dən çox nümayəndə qatılıb.
Tədbirdə AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov və Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev iştirak ediblər.