SİYASƏT


Türkiyə və Ermənistanın dövlət sərhədi yaxınlığında Azərbaycan ordusuna möhtəşəm dəstək aksiyası keçirilib

Türkiyənin İğdır bölgəsində Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə etiraz və milli ordumuza dəstək məqsədilə yürüş-mitinq təşkil olunub. “Səninləyik Azərbaycan!” şüarı ilə yola çıxan izdiham İğdırın mərkəzindən hərəkətə başlayaraq Türkiyə-Ermənistan sərhədinə doğru yürüş edib.
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyindən AZƏRTAC-a verilən məlumata görə, təşkil olunan aksiyaya Türkiyənin hər yerindən əlliyə yaxın QHT və siyasi partiya, o cümlədən AKP, MHP, CHP, İYİ partiyanın yerli şöbələri, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, Azərbaycan Evi Dərnəyi, İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyi, Türkiyə Azərbaycan Dərnəyi İğdır şöbəsi və digər ictimai təşkilatlar tərəfindən dəstək verilib.