SİYASƏT


Kişineuda soydaşlarımızın etiraz aksiyası zamanı ermənilər təxribat törədiblər

Moldovanın paytaxtı Kişineu şəhərində diaspor fəalları, soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etiraz, Milli Ordumuza və dövlətimizə dəstək aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycanın Moldovadakı səfirliyi qarşısında başlayıb. Aksiyada Azərbaycan diasporunun fəalları, tələbələr və media təmsilçiləri iştirak ediblər.