CƏMİYYƏT


Lənkəran sakininin qazdığı su quyusundan təbii qaz çıxıb

Lənkəranda su çıxsın deyə qazılan quyudan təbii qaz çıxıb. Bu maraqlı hadisə quyu sahibini sevindirməli, yoxsa narahat etməlidir?
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Havzava kəndində baş verib. Qazdırdığı su quyusundan metan qazına oxşar maddə çıxdığını söyləyən Xanəhməd Hüseynovun dediyinə görə, bir əsrə yaxındır bu ünvanda yaşayırlar. Təsərrüfatda işlətmək üçün əvvəllər də həyətyanı sahəsində su quyusu qazdırıb, amma nəticə əldə etməyib.