MƏDƏNİYYƏT


Quba sakininin muzeyi xatırladan həyətindən REPORTAJ

Quba rayonunun Dəlləkli kənd sakini Merdas Abibovun həyəti muzeyi xatırladır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həyətində 200-dən çox qədim əşya toplayan M.Abibov 40 ildən çoxdur bu işlə məşğuldur.
Həyətdə yaşı 200 ildən çox olan məişət əşyaları və təsərrüfat alətlərinə də rast gəlmək olar. “Muzey”dəki əşyalar Azərbaycanın müxtəlif bölgələrinə, fərqli etnik qruplara aiddir. M.Abibovun həyətində özbək, rus, Ukrayna xalqlarına məxsus qədim məişət əşyaları da qorunur.