DÜNYA


Tibetdə simli musiqi alətləri ilə rəqs şousunda rekord qeydə alınıb

Çinin Tibet muxtar regionunun Markam qəzasının 7 qəsəbəsindən tələbə və rəsmi şəxslər də daxil olmaqla 3 mindən çox adam açıq havada tibetlilərin ənənəvi Sienci folklor şousunu təqdim edib.
AZƏRTAC Çin Mərkəzi Televiziyasına (CCTV) istinadla xəbər verir ki, Dünya Rekord Sertifikasiyası Agentliyi (WRCA) bu şounu dünyada bu tip ən böyük şou kimi qiymətləndirib və müvafiq sertifikat təqdim olunub.
Tarixi VII əsrə gedib çıxan Sienci rəqsi eyniadlı musiqi alətinin istifadə olunmaqla ifa edilən kütləvi folklor nümunəsidir. Bu rəqs 2006-cı ildə Çində milli qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır