MƏDƏNİYYƏT


Ata və oğulun uyuduğu iki yanaşı məzar – Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun doğma kəndindən REPORTAJ

Şəki rayonunun Oxud kənd qəbiristanlığında ata və oğulun uyuduğu iki yanaşı məzar var. Onlardan birində İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov, digərində isə onun oğlu, Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycanın ilk Milli qəhrəmanlarından olan Mikayıl Cəbrayılov uyuyur. Hər iki qəhrəmanın xatirəsi nəinki doğulub boya-başa çatdıqları Şəki rayonunda, eləcə də ölkəmizin hər bir guşəsində, Azərbaycanın hüdudlarından kənarda da daim əziz tutulur, anılır.