SİYASƏT


Argentina telekanalında Ermənistanın işğalçı siyasətindən bəhs olunub

Argentinanın LVC telekanalı Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı və təcavüzkar siyasətdən bəhs edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan icmasının üzvü Mahir Qurbanov telekanala müsahibəsi zamanı Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın havadarlarının köməyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və etnik təmizləməyə məruz qoyması barədə ətraflı məlumat verib.