MƏDƏNİYYƏT


İsmayıllıda “Kitablar hər yerdə” layihəsinə start verilib

İsmayıllıda gənc könüllülər “Kitablar hər yerdə” adlı yeni layihəyə start veriblər.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyindən AZƏRTAC- ın bölgə müxbirinə bildiriblər ki, layihə insanların vaxtlarının çox hissəsini evdə, sosial şəbəkələrdə keçirdiyi bir dövrdə onları kitab oxumağa yönləndirmək məqsədi daşıyır. Bunun üçün gənclər oxumuş olduqları kitablardan və rayonun yerli qəzeti olan “İsmayıllı xəbərləri” qəzetindən ibarət kiçik kitab rəfləri hazırlayıblar.