İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyi virtual forum keçirib
20.08.2020 [18:46]
Xəbərin mətni
Avqustun 20-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Xəbər Agentlikləri Birliyi (UNA) “Pandemiya dövründə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında birgəyaşayışın və tolerantlığın gücləndirilməsi yolları” mövzusunda virtual forum keçirib.
AZƏRTAC xəbər verir ki, forumda 50-yə yaxın ölkənin milli xəbər agentliklərinin rəhbərləri və nümayəndələri, rəsmi şəxslər, diplomatlar iştirak ediblər.