DÜNYA


İstanbulda yağan leysan yağışları fəsadlara səbəb olub

Türkiyənin Marmara bölgəsində yağan leysan yağışları İstanbulda fəsadlara səbəb olub. AZƏRTAC xəbər verir ki, güclü yağış səbəbilə şəhərin mərkəzi bölgələrindən olan Mecidiyeköy və Okmeydanı rayonlarında yollarda iri miqyaslı gölməçələr yaranıb. Bəzi yollarda maşınları sudan çıxarmaq mümkün olmayıb. Bölgəyə yanğınsöndürmə və xilasedici briqadalar cəlb olunub. Hazırda təbiət hadisəsinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.