SİYASƏT


Əlahiddə Ümumqoşun Ordunun tankçıları peşəkarlıq nümayiş etdirirlər

Naxçıvan Qarnizonu Qoşunlarında yay tədris dövrünün planına uyğun olaraq bölmələr tərkibində təşkil olunan məşğələlərdə Əlahiddə Ümumqoşun Ordunun tankçıları peşəkarlıq nümayiş etdirirlər.Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində mövcud olan Təlim-Tədris Mərkəzlərində quraşdırılmış xüsusi proqram təminatlı kompüterlərdə və müxtəlif trenajorlarda şəxsi heyətin sürücülük və atəş bacarıqları daha da artırılır. Tank bölmələri ilə keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin çətin relyefli ərazilərdə zirehli tank texnikalarını idarə edərək döyüş meydanında hədəfləri ilk atəşlə məhv etmək vərdişlərinin təkmilləşdirilməsinə yönəldilir.Virtual təlim meydançasında mərmi və yanacaq sərf etmədən qazanılan bacarıqlar səhra şəraitində təşkil olunan məşğələlərdə yerinə yetirilmiş döyüş tapşırıqlarının icra vəziyyəti ilə qiymətləndirilir.Hazırda tank birləşmələrində olduğu kimi Naxçıvan Qarnizonu Qoşunlarının bütün birləşmə, hissə və bölmələrində həm virtual olaraq və həm də səhra şəraitində məşğələlər keçirilir.