Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid general Polad Həşimovun xatirəsinə klip hazırlanıb

22.08.2020 [18:24]

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun xatirəsinə klip hazırlanıb. Şəmistan Əlizamanlının ifasında səslənən "Paşam, Hey!" adlı mahnının sözləri Milli Məclisin deputatı Musa Quliyevə, musiqisi isə Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Faiq Sücəddinova aiddir.