DÜNYA


Suriyada qaz kəmərində baş verən partlayışdan sonra ölkə elektrik enerjisiz qalıb

Suriyanın cənubunda qaz kəmərində baş verən partlayış nəticəsində ölkə ərazisində elektrik enerjisi kəsilib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə qaz kəmərinin Dəməşq əyalətində yerləşən Dumeyr və Adra şəhərləri arasındakı hissəsində baş verib. Hazırda yanğın söndürmə xidməti partlayışın səbəb olduğu yanğını söndürməyə çalışır. Hakimiyyət partlayışı terror aktı kimi səciyyələndirib.