SİYASƏT


Dneprdəki soydaşlarımız Ukraynanın Dövlət Bayrağı və Müstəqillik günləri münasibətilə dəstək aksiyası keçiriblər

Ukraynanın Dövlət Bayrağı və Müstəqillik günləri ilə əlaqədar Dnepr şəhərində soydaşlarımızın dəstək aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının təşəbbüsü ilə təşkil edilən aksiyada diaspor fəalları və soydaşlarımız uzunluğu 150, eni isə 6 metr olan Ukraynanın dövlət bayrağı ilə birgə yürüş keçiriblər.