DÜNYA


Hindistanda çökən binanın dağıntıları altında 200 nəfərin ola biləcəyi ehtimal olunur

Hindistanın Maharaştra əyalətində çökən beşmərtəbəli yaşayış binasının dağıntıları altından təxminən 60 nəfər xilas edilib.
NDTV telekanalı bildirir ki, 15 nəfər yaralanıb və xəsarət alıb, ən az bir nəfər ölüb. Hadisə yerində xilasetmə işləri davam edir. Məlumata görə daha 25 nəfər dağıntılar altında qala bilər. Daha əvvəl ANI xəbər agentliyi Mumbay metropolisindən 200 km məsafədə olan Raiqad bölgəsində çökən binanın dağıntıları altından 200 nəfərin ola biləcəyini bildirib.İilkin məlumatlara görə, çökmələrin səbəbi avqust ayında ştatda yağan güclü musson yağışları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır