DÜNYA


İstanbulda terror aktı törətməyi planlaşdıran terrorçu həbs edilib

İstanbulun məşhur Taksim meydanında terror aktı törətməyi planlaşdıran İŞİD üzvü ələ keçirilib.
AZƏRTAC xəbər verir ki, terrorçu İstanbul Polis İdarəsinin terrorizmlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Onun terror aktı törətmək məqsədilə Türkiyənin Qaziantep vilayətindən İstanbula gəldiyi müəyyənləşdirilib.
Taksim meydanında terror aktının planlaşdırıldığı ərazidə müşahidələr aparan həmin şəxs qaldığı oteldə ələ keçirilib. Terrorçunun otağında axtarış aparılıb və çoxlu sayda silah-sursat aşkarlanıb.