DÜNYA


Türkiyədə Malazgirt zəfərinin 949-cu ildönümü münasibətilə videoçarx hazırlanıb

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi tərəfindən 1071-ci ildə qazanılan Malazgirt zəfərinin növbəti ildönümü münasibətilə videoçarx hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə danışan Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun videoklipin “Qızıl Alma” marşı əsasında hazırlandığını, burada qızı almanın simvolik olaraq Türkiyəni təmsil etdiyini bildirib: “Bizim üçün “Qızıl Alma” böyük və güclü bir Türkiyədir. Malazgitdən 15 İyula qədər dastanlar yazan millətimizi təbrik edirəm. “Qızıl Alma” neçə məzlumun kölgəsində sərinlədiyi çinardır”.
Xatırladaq ki, 1071-ci il avqustun 26-da Sultan Alp Arslanın sərkərdəliyi ilə hərbi birləşmələr Anadolunun Malazgirt bölgəsində Bizans İmperatoru Romen Diyojenin ordusuna qarşı döyüşərək tarixi zəfər qazanıb. Səlcuqların sayca az, lakin cəsur və yenilməz qüvvəsi qarşısında tab gətirməyən Bizans İmperatorluğu süqut edib. Beləliklə də Böyük Səlcuq İmperiyasının daha da qüdrətlənməsi və geniş coğrafiyanı əhatə etməsi üçün tarixi şans yaranıb.