DÜNYA


Türkiyənin Adana vilayətində üç gün davam edən yanğında 200 hektar ərazi yanaraq kül olub

Türkiyənin Adana vilayətinin Kozan rayonunda avqustun 23-də üç fərqli yerdə başlayaraq üç gün davam edən yanğın nəticəsində 280 futbol arenası boyda, təxminən 200 hektar meşəlik və kənd təsərrüfatı ərazisi yanaraq kül olub.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli əraziyə keçirdiyi baxış zamanı ehtimalların yanğının qəsdən törədildiyi istiqamətində olduğunu bildirib. Hazırda hadisə ilə bağlı üç nəfər saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır