SİYASƏT


Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri başlayıb

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, nazir C.Bayramov əvvəlcə Kremlin divarları yaxınlığında Naməlum Əsgərin məzarını ziyarət edərək önünə əklil qoyub.Səfər çərçivəsində Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla, həmçinin Rusiya Federasiya Şurasında və Nazirlər Kabinetində görüşlər keçirəcək.