SİYASƏT


Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşü olub

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində avqustun 26-da Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə görüşüb.AZƏRTAC xəbər verir ki, nazirlərin təkbətək görüşündən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş baş tutub.Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər.