SİYASƏT


Niderland kanalında İkinci Dünya müharibəsinin azərbaycanlı qəhrəmanlarından danışılıb

İkinci Dünya müharibəsi zamanı azərbaycanlı əsgərlər partizan dəstələri yaradaraq Avropa xalqlarının azadlığı uğrunda qəhrəmanlıqla mübarizə aparıblar. “Medo” ləqəbli Məmməd Məmmədov Niderlandda partizan dəstələrində yerli xalqların nümayəndələri ilə birlikdə döyüşüb və bu gün Niderlandın milli qəhrəmanı kimi tanınır.AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov yerli “Live 24” kanalına müsahibəsində səsləndirib. O, Məmməd Məmmədovun müharibə zamanı göstərdiyi şücaətlərdən söz açıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır