CƏMİYYƏT


Sumqayıtda COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki ictimai-iaşə obyektləri, marketlər, apteklər və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları obyektlərdə sosial məsafənin gözlənilməsi, o cümlədən satıcı və alıcıların maskalardan istifadə edib-etməməsini yoxlayıblar.