CƏMİYYƏT


Zaqatalada ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisindəki iri supermarketlərdə, gözəllik salonlarında, bərbərxanalarda və geyim mağazalarında reyd keçiriblər.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər.