CƏMİYYƏT


Paytaxtda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində avqustun 29-da səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrdən istifadə olunmaqla növbəti – on birinci əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır