CƏMİYYƏT


Bakıda karantin qaydalarını pozan masaj salonu aşkar edildi

Bakıda xüsusi-karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən masaj salonu aşkar edilib. Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinə Xocalı prospekti 29 ünvanında yerləşən həmin obyektin fəaliyyət göstərməsi barədə məlumat daxil olub.Dərhal polis əməkdaşları sözügedən ünvana gedib. Həmin ünvanda "Hamam Center" adı altında fəaliyyət göstərən iaşə obyektinin müştərilərə xidmət göstərdiyi məlum olub. Polis əməkdaşları obyektə baxış zamanı orada masaj xidməti göstərən 10 qadını və 1 nəfər obyektin sahibi Azər Ağayevi saxlayaraq polis şöbəsinə gətiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır