Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda karantini pozan "pub" aşkarlanıb, 31 nəfər cərimələnib

29.08.2020 [18:07]

Xəbərin mətni

Paytaxt ərazisində karantin rejimi qaydalarını pozan ictimai iaşə obyektlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Nizami rayonu Məmmədəli Şərifli 84 B ünvanında “Bosman Pub” adı altında xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən və sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan obyekt aşkarlanıb. Həmin məkana baxış zamanı orada müştəri və xidməti heyətlə bərabər ümumilikdə 31 nəfərin xüsusi karantin qaydalarını pozduqları məlum olub.