DÜNYA


Çində restoranın çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb

Çinin Şansi əyalətində ikimərtəbəli restoranın çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.
AZƏRTAC xəbər verir ki, hadisə avqustun 29-da Linfen şəhərinin Çencuan kəndində 80 yaşlı sakinin ad günü mərasimi zamanı baş verib. Axtarış işlərinin yekunu olaraq dağıntılar altından 29 meyit tapılıb, 7-si ağır olmaqla 28 nəfər yaralı vəziyyətdə çıxarılıb.
Hadisənin səbəbi müəyyənləşdirilir.