CƏMİYYƏT


Masallı və Lənkərandan gizli yollarla Qubaya gələn şəxslər polis tərəfindən saxlanılıb

Karantin rejiminin tələblərini pozaraq Aşura mərasiminin təşkilinə dəstək məqsədilə Masallı və Lənkəran rayonlarından gizli yollarla Qubaya gələn şəxslər polis tərəfindən saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq Quba rayonunda yerləşən Zərdabi və Hacı Cəfər məscidlərində Aşura məclisi keçirmək üçün dəstək olmağa gələn iki şəxsi saxlayıblar. Araşdırmalarla onların Masallı rayon sakini Samir Hüseynli və Lənkəran rayon sakini Arif Hüseynov olduqları məlum olub.Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb və onlar 10 sutka inzibati həbs ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır