DÜNYA


Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə Anıtqəbir ziyarət olunub

Türkiyədə 30 avqust- Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür.AZƏRTAC xəbər verir ki, bayram münasibətlə Prezident Rəcəb Tayyib Ərdoğan dövlət və hökumət nümayəndələrindən ibarət rəsmi heyətlə birlikdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət edib.Anıtqəbir önünə əklil qoyulub, Türkiyənin dövlət himni səsləndirilib.Sonra Prezident Rəcəb Tayyib Ərdoğan xatirə kitabına bayram təbriki yazıb.
Qeyd edək ki, koronavirusla əlaqədar Zəfər bayramının 98-ci ildönümü münasibətilə təşkil olunan mərasimlər müəyyən məhdudiyyətlərlə keçirilir. İnsanlar maskasız kütləvi tədbirlərə, o cümlədən Anıtqəbir məkanına buraxılmır. Sosial məsafənin qorunması tələb olunur.