DÜNYA


ABŞ-da Laura qasırğası nəticəsində ölənlərin sayı 16 nəfər olub

ABŞ-ın Luiziana və Texas ştatlarında "Laura" qasırğası qurbanlarının sayı 14-dən 16-ya yüksəlib.
Daha iki nəfərin ölümü barədə Luiziana səhiyyə idarəsi məlumat verib.Bildirilib ki, 84 yaşlı kişi və 80 yaşlı qadın həlak olub.Ölüm səbəbi elektrik generatordan düzgün istifadə etməməsi səbəbindən dəm qazından zəhərlənmə olub.
Associated Press agentliyi bundan əvvəl fəlakətin 14 qurbanı olduğunu bildirdi.