SİYASƏT


Ön xətt bölmələrimiz qışa tam hazırdır

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən və hər bir müdafiə mövqeyi alınmaz qalaya çevrilən bölmələrində müasir əsgəri-məişət kompleksləri tikilərək şəxsi heyətin istifadəsinə verilib. Yaradılan müasir şərait heç şübhəsiz ki, xalq-ordu birliyinin, dövlət qayğısının və nümunəvi xidmətin bəhrəsidir. Ön xətdə xidmət edən hərbi qulluqçular daha çox sayıqlığı və peşəkar döyüşçü keyfiyyətləri ilə seçilirlər. Hər biri yenilməz Vətən müdafiəçisi olan əsgərlərimiz ayıq-sayıq döyüş növbətçiliyi aparmaqla bərabər ən çətin tapşırıqları da yerinə yetirməyə qadirdirlər.