Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda 32° isti olacaq

01.09.2020 [14:02]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 28-32° isti, Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacaq.