CƏMİYYƏT
Sabah Bakıda 31 dərəcə isti olacaq
02.09.2020 [13:59]
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacaq.