İDMAN


Bakıda çimərlik güləşi üzrə məşqlər davam edir

Çimərlik güləşi üzrə dünya çempionu Oyan Nəzəriani, gənclərdən ibarət yığmanın məşqçisi Nazim Əlicanov və digər məşqçilərin nəzarəti altında həftədə 3 dəfə, əsasən 2005-2007-ci il təvəllüdlü idmançılar üçün dəniz kənarında məşqlər təşkil olunur. Hazırlıq prosesində həm sərbəst, həm də yunan-Roma güləşçiləri iştirak edirlər. Bu məşqlər sayəsində yeniyetmələr çimərlik güləşinin qaydaları ilə tanış olur və bu istiqamətdə təcrübələrini artırırlar.