CƏMİYYƏT


Bakıda 31° isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 29-32° isti, Bakıda gecə 21-23°, gündüz 29-31° isti olacaq.