SİYASƏT


Bakıda “Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycan ərazi sularında keçirilən “Dəniz kuboku” müsabiqəsinin sentyabrın 4-də bağlanış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini vəzifəsini icra edən general-leytenant Nizam Osmanov, Rusiyanın Müdafiə nazirinin birinci müavini ordu generalı  Ruslan Tsalikov və digər qonaqlar iştirak ediblər.