CƏMİYYƏT


Nərimanov rayonu Əliyar Əliyev küçəsi yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ölkə başçısının tapşırığına əsasən, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində Nərimanov rayonunun yol infrastrukturu baxımından ən işlək küçələrindən biri olan Əliyar Əliyev küçəsi müasir şəkildə yenidən qurulub. Küçənin uzunluğu 2500 metr təşkil edir.
Küçə paytaxtın iki böyük prospekti – Heydər Əliyev və Ziya Bünyadov prospetlərini birləşdirməklə şəhərin nəqliyyat axınına müsbət təsir edir, ərazidə tıxac və ləngimələrin aradan qaldırılması baxımından alternativ yol olaraq mühüm əhəmiyyət kəsb edır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır