İDMAN


Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə mübarizəyə başlayır

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümündə mübarizəyə başlayır.
AZƏRTAC xəbər verir ki, millimiz Bakı Olimpiya Stadionunda Lüksemburq yığmasını qəbul edəcək.
Matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kris Kavanaq olacaq. Ona Daniel Riçard Kuk və Sian Massey kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pol Tirni yerinə yetirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır