DÜNYA


Dünyada koronavirus infeksiyasına rekord sutkalıq yoluxma halı qeydə alınıb

Sentyabrın 4-də dünyada COVID-19 infeksiyasına rekord sayda – 299 min 212 yoluxma halı qeydə alınıb. Əvvəlki rekord iyulun 31-də müşahidə edilmişdi - 291 min 706 nəfər.AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, həmçinin ötən sutka ərzində COVID-19 infeksiyası səbəbindən 5 min 794 nəfər dünyasını dəyişib.Saytın son məlumatına əsasən, indiyə qədər dünyada koronavirusa yoluxanların sayı 26 milyon 799 min 220 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 879 min 24 nəfərə çatıb. Eyni zamanda, 18 milyon 909 min 705 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 7 milyon 10 min 491 xəstədən 60 min 907 nəfərin vəziyyəti ağır qiymətləndirilir.