Azərbaycan Dövlət İnformasiya Agentliyi

Diyarbəkir vilayətində 1 ton 756 kiloqram narkotik maddə müsadirə edilib

05.09.2020 [17:33]

Türkiyə Jandarmasının keçirdiyi “İldırım7” əməliyyatı nəticəsində Diyarbəkir vilayətinin Lice rayonunda 1ton 756 kiloqram həcmində narkotik maddə müsadirə olunub. Türkiyə Respublika prokurorluğunun yaydığı məlumata görə, bölgədə keçirilən əməliyyatın məqsədi terrorçuluğun və narkomaniyanın yaratdığı təhlükənin aradan qaldırılmasıdr.