DÜNYA


“Hayşen” qasırğası ilə əlaqədar Yaponiyada evakuasiya barədə göstəriş verilib

“Hayşen” qasırğasının yaxınlaşması ilə əlaqədar Yaponiyanın yerli hakimiyyət orqanlarına ölkənin cənub və cənub-qərbində yerləşən yaşayış məntəqələrindən insanların evakuasiya edilməsi barədə tapşırıq verilib.Evakuasiya planı Saqa, Naqasaki, Kumamoto, Oita, Miyadzaki və Kaqosima əyalətlərini əhatə edir. Eyni zamanda ölkənin cənub və cənub-qərbində yaşayan 5,7 milyondan çox insana qasırğa ilə əlaqədar evakuasiyaya dair tövsiyə verilib.