DÜNYA


Yaponiyada “Haishen” tufanı nəticəsində 2 nəfər həyatını itirib, 100-dən çox xəsarət alan var

Sentyabrın 7-dən 8-nə keçən gecə “Haishen” tufanı nəticəsində Yaponiyada iki nəfər həyatını itirib, 100-dən çox xəsarət alan var. Daha dörd nəfərin itkin düşdüyü bildirilir.AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, hazırda tufanın nəticələrinin aradan qaldırılması işləri davam edir. Bildirilir ki, “Haishen” tufanının keçdiyi Kyuşü adasının cənub-qərbində və Hönşü adasında yerləşən Yamaquçi prefekturasında 77 minədək ev elektrik enerjisiz qalıb.