CƏMİYYƏT


Polis Binəqədidə narkotik maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib

Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı, həmçinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Babayev və onun tanışı Anara Ağayeva saxlanılıblar. Elman Babayevin üzərində şəxsi axtarış aparılan zaman ondan 2 qrama yaxın heroin və 1 qram psixotrop maddə metamfetamin aşkar olunub.