İDMAN


Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ikinci görüşünü keçirəcək

Futbol üzrə Azərbaycan yığma komandası sentyabrın 8-də UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Kipr seçməsi ilə qarşılaşacaq.AZƏRTAC xəbər verir ki, Nikosiyadakı “GSP” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Filip Qlova olacaq. Ona həmyerliləri Peter Bednar və Frantişek Ferenç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.